525.Az

Ucarda 6 məktəb distant təhsilə keçib


 

Ucarda 6 məktəb distant təhsilə keçib<b style="color:red"></b>

Azərbaycanda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

525.az APA-ya istinadən xəbər verir ki, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpoot 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərküşad ümumi orta məktəblərində əyani təhsil müvəqqəti dayandırılıb. Buna səbəb adı çəkilən məktəblərdə ümumilikdə  11 müəllimdə COVID-19  testinin nəticələri pozitiv çıxmasıdır.

Fəaliyyəti dayandırmış məktəblərdə dərslərin distant formada tədris olunmasına qərar verilib. Məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.

 

 





13.04.2021    çap et  çap et