525.Az

Xəzər hövzəsi: geosiyasi qüvvələr nisbətinin dörd səviyyəsi


 

Xəzər hövzəsi: geosiyasi qüvvələr nisbətinin dörd səviyyəsi<b style="color:red"></b>

Dünyanın diqqəti Yaxın Şərq Ukraynaya yönəldiyi bir vaxtda Xəzər hövzəsindəki geosiyasi vəziyyət arxa plana keçmiş kimi görünür. Lakin bu region hələ qlobal geosiyasət üçün aktual olaraq qalır. Hətta son zamanlar həmin məkanla əlaqədar maraqlı hadisələr baş verir. Müxtəlif səviyyələrdə özünü göstərən geosiyasi mübarizə meydana yeni məqamlar çıxarır. Bu proseslərin bütövlükdə Xəzər hövzəsini hansı vəziyyətə doğru apardığını proqnozlaşdırmaq çətindir.

Enerji status: Xəzər iki

faktorun məngənəsində

Xəzər hövzəsinin geosiyasi aktuallığı son 20 ildə heç zaman azalmayıb. Dünyanın böyük dövlətlərinin bu məkan uğrunda mübarizəsi müvəqqəti olaraq hansısa dönəmdə zəifləsə , ümumilikdə gərginliyini saxlayıb. O cümlədən, “Ərəb baharıXəzər məsələsini müəyyən dərəcədə kölgəyə atsa da, qlobal geosiyasət üçün onun əhəmiyyəti zərrə qədər azalmayıb. Region ilə bağlı güclü dövlətlər öz siyasətlərini bütün intensivliyi ilə davam etdirirlər.

Bu problem özünü daha çox SSRİ-nin dağılmasından sonra müstəqil dövlətlərin meydana gəlməsi Xəzər hövzəsindəki enerji daşıyıcılarının istismarı ilə əlaqədar göstərməyə başladı. Qərb buradakı neft qaz ehtiyatlarını Rusiya İrandan yan keçməklə nəql etmək planları üzərində işlədi. Moskva Tehran isə öz maraqlarını təmin etməyə çalışdılar. Son illər Çin bu mübarizəyə aktiv surətdə qoşulub bir neçə aspektdə uğurlar əldə edib. Bununla da Xəzər məsələsi faktiki olaraq bir neçə böyük geosiyasi gücün mübarizə meydanına çevrilib. Onları aşağıdakı kimi qruplaşdırmaq olar.

Birinci, Qərb Rusiyanın regionun enerji ehtiyatları uğurunda geosiyasi rəqabəti. İkinci, qlobal geosiyasi güclərlə regionun böyük dövlətlərinin nüfuz uğrunda apardıqları mübarizə. Üçüncü, Çinin Xəzər hövzəsi Mərkəzi Asiyanın enerji ehtiyatları uğrunda mübarizəyə başlaması. Dördüncü, bu hövzədə yerləşən ölkələrin öz geosiyasi energetik maraqlarını qorumağa çalışması. Region faktiki olaraq bir-biri ilə kəsişən bu qruplar arasındakı siyasi, diplomatik bəzən hərbi rəng alan rəqabətin meydanına çevrilib.

XX əsrin 90- illərindən bu yana keçən müddətdə baş verən hadisələr göstərdi ki, Xəzərin hüququ statusunun müəyyənləşdirilməsi həmin məkanda əsas mövzulardan biri olub. Bunun fonunda böyük dövlətlər hövzədə hərbi varlığını gücləndirmək istiqamətində konkret addımlar atıblar. Başqa bir məsələ enerji marşrutlarının istiqamətləri ilə əlaqədar olub. Bu aspektdə kifayət qədər gərgin anlar meydana gəlib. Nəticədə, hər iki məsələ üzrə tərəflərin mübarizəsi hələ davam edir öz gərginliyini saxlayır. Deyək ki, “Nabukkolayihəsinin iflasa uğramasını rusiyalı ekspertlərXəzərdə Avropa İttifaqının siyasətinin iflasıkimi qiymətləndiriblər.

Bu məqam yuxarıda qeyd etdiyimiz bütün qruplarda özünü göstərib. Qərblə Rusiyanın regionun enerji ehtiyatları uğrunda mübarizələri daha çox neft qazın nəqli marşrutları ilə bağlı özünü büruzə verib. Xəzər hövzəsi ölkələri daima bu savaşın gərginliyini hiss ediblər. Qərbin irəli sürdüyü müxtəlif enerji marşrutları layihəsini Moskva tənqid edib onların reallaşacağı təqdirdə regionun arzuolunmaz siyasi, iqtisadi, hərbi ekoloji problemlərlə qarşılaşacağı xəbərdarlığını edib.

Maraqlıdır ki, həmin layihələrdən Azərbaycanın aktiv dəstək verdikləri reallaşa bilib. Məsələn, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) neft-qaz kəməri layihələrinin həyata keçməsi bunu təsdiq edir. Şübhəsiz ki, bu sırada Qazaxıstan Türkmənistanın da maraqlarının nəzərə alındığını unutmaq olmaz.

Həmin kontekstdə Tehranın daim bu layihələrə qarşı çıxdığını demək lazımdır. Müəyyən dövrlər İran bəzi region dövlətlərini hətta hərbi güc ilə hədələdi. Moskva ilə bərabər Tehran da Xəzərdə dəniz donanmasını gücləndirdi. Buna uyğun olaraq regionun digər dövlətləri, Qazaxıstan, Azərbaycan Türkmənistan həmin istiqamətdə müəyyən addımlar atmalı oldular. Nəticədə, Xəzər hövzəsinin təhlükəli şəkildə silahlanması problemi yarandı.

Geosiyasi rəqabətin dinamikası:

qeyri-müəyyənlik risklər

çoxalır

Bu kimi proseslər qlobal geosiyasi güclərlə regionun böyük dövlətlərinin Xəzər uğrunda mübarizəsini xeyli intensivləşdirdi. ABŞ, Rusiya, İran Türkiyə müxtəlif yollarla regionda nüfuzlarını yüksəltməyə çalışdılar. ABŞ Rusiya bütün sahələr üzrə diqtə etmək məqsədi güdürlərsə, İran Xəzərin su enerji ehtiyatlarından daha çox pay almağa, Türkiyə isə regionla müxtəlif istiqamətdə inteqrasiyaya üstünlük verir. Bütün hallarda bu ölkələr arasında Xəzər hövzəsi ilə əlaqədar rəqabət səngimək bilmir.

Onların apardıqları mübarizəyə Pekinin aktiv surətdə müdaxilə etməsi geosiyasi mənzərəyə yeni rəng verdi. Çin əsas olaraq sərmayə yatırımı mədəniyyətlə bölgəyə nüfuz etməyə başladı. Etiraf etmək lazımdır ki, qısa müddətdə o ciddi nəticələr əldə etdi. Hazırda Pekin Mərkəzi Asiyada Moskva Vaşinqtonun əsas geosiyasi rəqibidir. Bu əsasda onun Xəzərin enerji ehtiyatlarına olan iddiasının da artdığına şübhə yoxdur.

Nəhayət, sonuncu qrupda hövzə ətrafında yerləşən dövlətlərin mübarizəsi yer alır. Burada Azərbaycan Qazaxıstanın mövqeyi ilə Türkmənistan İranın iddialarının uyğun gəlməməsi diqqət mərkəzində olub. Rusiya Xəzərin statusu ilə bağlı Qazaxıstan Azərbaycanla sazişlər imzalasa da, problemin bütövlükdə həllinə nail olmaq istiqamətində konkret addımlar atmayıb. Belə görünür ki, Moskva ayrı-ayrı müstəvilərdə hövzə ölkələrinin hər biri ilə həm ortaq fikirdə olub, həm onlardan fərqlənən mövqeyini saxlayıb. Regionun ən böyük güclü dövlətinin bu qeyri-müəyyən davranışı bütövlükdə hövzədə geosiyasi gərginliyə yol açan faktorlardan olub.

Bu cür faktorlar sırasına indi bir tərəfdən Rusiya ilə İranın, digər tərəfdən isə Çinin Xəzərdə öz geosiyasi maraqlarını daha qabarıq müdafiə etməyə başlaması əlavə olunub. Tehran son dövrlərdə Moskvanın enerji mədəniyyətlə bağlı siyasətinə müqavimətini artırıb. Məsələn, Ermənistanla Kremlin imzaladığı qaz müqaviləsinə İran etirazını bildirmişdi. Öz növbəsində, Rusiya Şimali Qafqazdakı dini qruplara İranın təsirini artırmaq istiqamətində atdığı addımları müsbət qarşılamır. Ayrıca, İranın Mərkəzi Asiyaya təsirini çoxaltması diqqətdən yayınmır.

Çin faktoru isə daha geniş mənada Rusiya İranın rəqibinə çevrilib. Pekin artıq Mərkəzi Asiyada iri energetik, iqtisadi mədəni (xüsusilə, dil sahəsində) layihələri həyata keçirir. Son bir ildə Çin rəsmi şəxslərinin bu regiona səfərləri xeyli intensivləşib. İndi bu dövlətin Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatı enerji daşıyıcıları sahələrinə 50 milyard ABŞ dolları miqdarında sərmayə qoymağa hazırlaşdığından danışılır. Şübhə yoxdur ki, bu məqam Xəzər hövzəsində yeni ciddi geosiyasi oyunçunun mövcudluğu nəticəsini çıxarmağa əsas verir.

Xəzər hövzəsi uğrunda geosiyasi mübarizəyə ABŞ-ın Əfqanıstandan hərbi qüvvəsini çəkməsinin xeyli dərəcədə təsir edəcəyi haqqında ekspertlər fikir söyləyirlər. Bu zaman diqqət əsas olaraq terror, dini radikalizm narkotik maddələrin qanunsuz dövriyyəsi məsələsinə yönəlir. Həmin təhlükələrin ilk olaraq Mərkəzi Asiya regionuna yönələcəyini proqnozlaşdırılır. Bu, bütövlükdə Xəzər hövzəsində vəziyyətin ağırlaşması anlamına gəlir. Belə bir şəraitdə bu məkanda müsbət geosiyasi proseslərin gedəcəyinə ümid etmək xeyli risklidir.

Son olaraq Ukrayna hadisələrinin Xəzər hövzəsindəki geosiyasi vəziyyətə təsirini vurğulamağa ehtiyac görürük. İlk baxışdan coğrafi baxımdan uzaqda olan bu ölkədə cərəyan edən hadisələrin Xəzərə hansı təsiri ola biləcəyini düşünmək mümkündür. Lakin nəzərə alaq ki, Ukrayna hadisələri prinsipcə Avropa İttifaqı ilə Avrasiya inteqrasiya modelinin ümumi səviyyədə rəqabətindən yaranıb. Xəzər hövzəsində yerləşən dövlətlərin demək olar ki, hamısı (İran da birbaşa olmasa da, dolayısı ilə bu prosesə qoşulub) Rusiyanın Avrasiya inteqrasiya planına daxildir. Bu səbəbdən, Kiyevdə hansı geosiyasi gücün üstün gəlməsindən asılı olaraq Xəzər hövzəsində vəziyyət bu ya digər istiqamətdə dəyişə bilər.

Yuxarıdakı fikirlərdən belə görünür ki, Xəzəryanı hövzədə geosiyasi proseslər hələlik müsbət nəticələrin ola biləcəyi haqqında düşünməyə əsas vermir. Bütün səviyyələrdə gedən kəskin rəqabət gərgin mübarizə xeyli sayda problemlər meydana çıxarır. O cümlədən, böyük geosiyasi güclərin nüfuz uğrunda güzəştsiz amansız savaşı vəziyyəti mürəkkəbləşdirir. Bu cür gedişatın sonu görünmür.

Newtimes.az

 





17.03.2014    çap et  çap et