525.Az

“Çağdaş Azərbaycan ədəbi gəncliyi: problemlər, mülahizələr”- yeni müzakirə


 

Layihənin ideya müəllifi və aparıcısı: Əsəd Cahangir

“Çağdaş Azərbaycan ədəbi gəncliyi: problemlər, mülahizələr”- <b style="color:red">yeni müzakirə</b>

İştirakçılar:

Xəyal
Rza şair, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri;
Qılman İmanşair;
Elşad Ərşadoğluşair;
Emin Pirişair,
Elmin Nuripublisist;
Sevinc Mürvətqızıyazıçı-publisist;
Famil Mədət  ədəbiyyatşünas,
Materialları çapa Sevinc Mürvətqızı hazırlayıb.

Əsəd Cahangir:  Hörmətli gənclər, siziÇağdaş Azərbaycan gəncliyi: problemlər, mülahizələr...” mövzusunda dəyirmi masa ətrafında xoş gördük. Öncə deyim ki, məhz bu mövzuda, özü Ulduzjurnalında müzakirə keçirmək ideyası sadəcə mənə məxsus deyil. Bir neçə gün öncə bizAzərbaycanjurnalındaÇağdaş Azərbaycan romanı: problemlər, mülahizələr...” mövzusunda dəyirmi masa keçirdik. Elçin Hüseynbəyli belə bir dəyirmi masanıUlduzjurnalında ədəbi gənclik mövzusu ilə bağlı keçirməyi təklif etdi mən bu təklifi qəbul etdim. İkincisi, bu gün onlarla gənc ədəbi imza arasından məhz sizlərin bura dəvət olunmanız da sadəcə mənim subyektiv seçimim olmayıb, AYB-nin Gənclər katibi Rəşad Məcid Elçin Hüseynbəyli ilə ümumi razılıq əsasında müəyyənləşdirilib. Əsas məqsədimiz çağdaş ədəbi gəncliyin problemlərini onların öz dilindən eşitməkdir. Gəlin, elə burdan da başlayaq: sizcə, çağdaş Azərbaycan gənc yazarının əsas problemi nədir?

Qılman İman: Şəxsən, mənim ən böyük problemim xarici dil bilməməyimdi. Xarici dil bilmədiyimdən müəyyən əsərləri orijinaldan oxuya bilmirəm. Elə əsərlər var ki, tərcümə ilə kifayətlənmək  olmur. Hətta türkcədən tərcümə olunan əsərlərdə qədər nöqsanlar var. Məsələn, Deni DidronunRamonun qardaşı oğluromanı haqqında çox oxumuşdum, odur ki, mənə onu oxumaq maraqlı gəlirdi, öz dilimizdə tapa bilmədim, türkcə oxudum, amma  ağlım bir şey kəsmədi. Bilmədim ki, əsər bir şey deyil, yoxsa tərcümə zəifdir. 

Əsəd Cahangir: Yaxşı ki, oxuya bilməmisən Didronu. O da, hələ desən, Volter , Russo da, Dalamber , bir sözlə, bütün ensiklopedistlər yığını maarifçilik xurafatını yaymaqla məşğul olublar. Onların hələ babatı Didro idi. O da allahsızın böyüyü idi. Volter bir yandan azadlıqdan dəm vurur, bir yandan da Yekaterinanın verdiyi paltonu geyirdi. Russomamandediyi qadınla bir yatağa girirdi. Bir ki onların yazdıqlarının ədəbiyyata elə bir dəxli yoxuydu, sadəcə, ideya fanatlarıydılar. Fridrix Yekaterinanın da ağlını bu bəsit ideyalarla  oğurlamışdılar. Allah üzünə baxıb... onları elə oxumasan yaxşıdır (gülür). Bu öz yerində. Onlardan ona görə belə geniş danışıram ki, cavan yazarlar arasında onların cəfəng ideyalarına müəyyən vurğunluq görürəm. Gələk xarici dil öyrənmək probleminə. Bu, bilavasitə sənin özünün yaratdığın problemdir, yəni istəsən, öyrənə bilərdin. Bəs, özünüzdən asılı olmayan hansı problem var ki, o, sizin yazıçı kimi yetişməyinizə mane olur?

Elşad Ərşadoğlu: Məncə, bu gün gənclərin ən böyük problemlərindən biri vaxt problemidir. Çünki dolanışıq, ailə-məişət qayğıları yaradıcılığa lazımi qədər vaxt ayırmağa imkan vermir. Ədəbiyyat maddi ehtiyacları ödəmədiyinə görə ancaq ədəbiyyatla məşğul olub yaşamaq mümkün deyil. Maddi ehtiyaclarını ödəmək üçün isə yaradıcılıqdan kənar işlərlə məşğul olmağa, vaxtını enerjini kənar sahələrə sərf etməyə məcbur olursan. Məsələn, bu gün gənc yazarları daxilən tükəndirən ən əsas amillərdən biri köşə yazıları yazmaları, enerjilərini buna sərf etmələridır. Ancaq neyləmək olar, hamısı olmasa da onların mütləq əksəriyyəti dolanışıq üçün buna məcburdular. Mənim özümün ən böyük problemim vaxt qıtlığıdır.

Əsəd Cahangir: Doğrudanmı, gənc yazarlar Dostoyevski qədər maddi çətinlik içindədir? O, qonorarın bir hissəsini əvvəlcədən alır, sonra makinaçıya diqtə etməklə roman yazırdı. Məsələn, o, gecəsini gündüzünə qatmaqlaQumarbazı 27 günə yazmışdı.

Elşad Ərşadoğlu: Dostoyevski ayrı, biz ayrı.

Əsəd Cahangir: üçün?

Elşad Ərşadoğlu: O, bir istisnadır, biz isə ümumidən danışırıq.

Əsəd Cahangir: Amma onun da iki əli, iki ayağı, iki gözü olub, qır-qızılları arvadının boynundan çıxarıb qumara qoyub, epilepsiyadan əziyyət çəkib, ömrünün sonlarına doğru hökumətə yarınıb. Elə güman etməyin ki, mən indi bu sözlərlə dahi yazıçını nədəsə ittiham edirəm. Əsla! Sadəcə, demək istəyirəm ki, o da müəyyən zəifliklərə malik olub, o da vaxtsa sizin kimi gənc olub, bir sözlə, o da insan olub. Siz postmodern dövrün, dekonstruktiv idrak epoxasının gənclərisiniz. Məntiqlə bütləşdirmə sizlərə yabançı olmalıdır axı. Sən isə deyirsən ki, Dostoyevski bir istisnadır. Ona qalsa, bütün istedadlar istisnadır. Ümumi istedad olmur.

Elşad Ərşadoğlu: Əgər biz postmodern epoxanın gəncləriyiksə, təkcə bütləşdirmə yox, məntiq bizə yabançı olmalıdır. demək, siz bizdə məntiq axtarmamalısınız. İkincisi, siz öz yazılarınızda həmişə bizə dialektik düşünmək zərurətindən danışmısınız. Bu isə tələb edir ki, hər şeyə konkret yanaşasan. Yəni təkcə istedad yox, tale fərdi, konkretdir. Hər kəs öz taleyini yaşayır. Dostoyevskinin taleyi belə gətirmişdi. Bu, o demək deyil ki, hamı onun ağlasığmaz problemlərini yaşamalı, dar ağacına qədər gedib çıxmalıdır.

Əsəd Cahangir: Dostoyevskinin insan kimi taleyi doğrudan da mürəkkəb, keşməkeşlidir. Amma bir yazıçı kimi çoxları onun taleyinə qibtə edə bilər. Bir ki, yazıçılıq kef yox, əzab deməkdir. Hər işi yağ kimi gedən, əzabın olduğunu bilməyən adamın nəsə ciddi bir şeylər yazacağına, şəxsən  mən şübhə edirəm. Brodski məqalələrindən birində yazır ki, yazıçının həbsxanada olması onun zehni inkişafı, mənəvi baqajının dərinləşməsində mühüm rol oynayır. Mən, əlbəttə, yazıçının Servantes,  Dostoyevski, Nazim Hikmət, yaxud elə Brodskinin özü kimi hökmən məhbəsdə olması zərurətindən danışmıram. Ədəbiyyatın Horatsi, Höte, yaxud Nəvai kimi xoş taleli təmsilçiləri var. Özü bunlar nəinki milli, hətta dünya ədəbiyyatına ciddi töhfələr vermiş kifayət qədər böyük istedad sahibləridir. Amma etiraf edək ki, heç biri əzabkeş Servantesin yazdığıDon Kixotu qələmə ala bilməyiblər.

Emin Piri: Mən problemlərimizə iki kontekstdən yanaşıram: yazıb-yaratma problemi yaradıcılığın təqdimatı. Bəzilərinin müasir texnologiyaya uyğun inteqrasiya bacarığı var, amma yaradıcılıqda problem yaşayır. Digəri isə yazıb-yaratmağı bacarır, amma müasir inteqrasiyanı bacarmır. Yəni cəmiyyəti qınamaq lazım deyil ki, belə yazıram, amma məni oxuyan yoxdur. Özünü cəmiyyətə təqdim etməyi bacarmalısan. Yaradıcılıq problemi isə artıq fərdi istəkdən səydən asılı deyil. Tanrı birinə istedad verməyibsə, neyləyə bilər?

Əsəd Cahangir: Amma zəhmət deyilən bir şey var. Məsələn, Pərvin sizin yaşıdınızdır onun bədii nəsrdə qazandığı uğurda istedadı ilə yanaşı zəhmətinin rolu az deyil. Nizami demişkən,

Çox iti beyinlər yatan oldular,
Axırda saxsı qab satan oldular...
Sən ancaq cəhd elə, həyat əməkdir,
Cənnət kahıllığı nəyə gərəkdir?”

Emin Piri: Təbii ki, istedadla zəhməti özündə birləşdirən adamlar var Pərvin xanım da onlardan biridir. Bəzilərinin isə sadəcə zəhməti var, amma istedadı yoxdur, yaxud da yox dərəcəsindədir. Tanrının verdiyi 1-2 faizlik istedadı öz üzərində zəhmət çəkərək, dünya ədəbiyyatını mütaliə etməklə inkişaf etdirmək, məncə, o qədər ciddi nəticələr vəd eləmir. Digər problemlərə gəldikdə isə onların əsasında maddiyyat durur. Amerikanın özündə yaşasaq, bir gənc yaradıcılıqla məşğuldusa, onun vaxt problemi olacaq. Məsələn, mən 200 manatlıq işdə işləmək istəmirəm. İstəyirəm 500 manat məvacibi olan bir işdə işləyim. Bu isə yaradıcılıq vaxtını əlimdən alır. Amma istənilən halda hər şey insanın özündən asılıdır. Məsələn, 8 saat yatma, 6 saat yat.

Əsəd Cahangir: Çayxanada, pivəxanada az vaxt keçir...

Xəyal Rza: Hətta çayxanada oturmaqla da roman yazmaq olar. Məsələn, “Harri Poterin müəllifi işıq pulunu az ödəmək daha çox vaxt qazanmaq üçün kafedə yazıb. İndi isə o, dünyanın ən varlı yazıçılarından biridir.  Deməli, vaxt qıtlığı bəhanədir. Nədənsə gənclərdə 60-80-ci illərin gəncləri ilə müqayisədə zəiflik var. Bir ki indi internet o qədər inkişaf edib ki, bir cümlə ilə hansısa böyük yazıçıya çamur atıb məşhurlaşmaq mümkündür. Özünü niyə əziyyətə salıb kitab çıxarsın, niyə zəhmət çəkib yazsın ki? Amma müasir texnologiyalardan xəbərsiz elə gənclər var ki... Təsəvvür edin, bayaq bir gənc Yazıçılar Birliyinin qapısını niyə döyüb? Soruşur ki, mən roman yazmaq istəyirəm, bunun üçün Yazıçılar Birliyinə üzv olmalıyam?

Qılman İman: O, lap Mirzə Cəlilin personajlarına oxşadı.

Xəyal Rza: Elədir, onda bir Novruzəli saflığı vardı. Üzünə baxanda da bilinirdi. İnsanlar tənbəlləşiblər,  xüsusilə bir çox gənclər. Özü başqa sahələrdə yoxdur, şöhrət qazanmaq istəyi bir şou-biznesdədir, bir ədəbiyyatda.

Qılman İman: Yəni, ədəbiyyatın ən böyük problemi bu gün şou-biznesə çevrilməyidir?

Xəyal Rza: Ədəbiyyatın yox, gənclərin ən böyük problemi ucuz populyarlıq arxasınca qaçmaqdır.

Əsəd Cahangir: Sevinc, bəlkə söhbətə qoşulasan, necə fikirləşirsən, Azərbaycan Yazıçılar Birliyi gənclərin maddi probleminin həllində rol oynayırmı?

Sevinc Mürvətqızı: Müəyyən bir zaman üçün oynayır. Yazıçılar Birliyindən prezident təqaüdü almışam.  Tək mən yox, Mədəniyyət Turizm Nazirliyinin Yazıçılar Birliyi ilə birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin xeyli üzvünə bir il ərzində prezident təqaüdü verilib. Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad Məcidin bu gün imzasını təsdiq eləmiş xeyli gənc yazarın ortaya çıxmasında əməyi xidməti var. Məhz onun təşviqatı, təqdimatı dəstəyi ilə neçə-neçə gəncə yol açılıb. Bu gün çağdaş ədəbi gəncliyin əksər hissəsi Gənc Ədiblər Məktəbinin yetirməsidir. Həmin gənclər bir il ərzində aldıqları prezident təqaüdü ilə güzəran problemlərini bir il ərzində qismən olsa həll ediblər.

Əsəd Cahangir: O bir il başa çatdı, həyat isə davam edir axı. Niyə cəmiyyətdə elə sistem olmamalıdır ki, siz dövlətdən pul almaq zorunda qalmayasınız? İşləyib özünüzü saxlamayasınız həmin təqaüdə heç ehtiyacınız da olmasın?

Sevinc Mürvətqızı: Dövlətin bir qrup istedadlı gəncin yazıb-yaratmaq həvəsini stimullaşdırmaq üçün atdığı bu addımın nəyi pisdir ki? Dövlət müəyyən müddət istedadlı gəncə güzəran probleminin həllində yardımçı olur. Əgər o gənc ədəbiyyat yolunu axıra qədər getməyi planlaşdırıbsa, bir il ərzində özünü, imzasını təsdiq edə bilər.

Xəyal Rza: Məncə, dövlətin dəstəyi olmadan da gənc yazarlar pul qazana bilərlər. Bunun üçün hətta istedad da həlledici rol oynamır.  Bilirsinizimi, Türkiyədə ən çox satılan, hətta Taksimdəki ən məşhur kitab mağazasında satış üzrə ilk onluqda birinci yerdə duran hansı kitabdır? Facebook statuslarından ibarət kitab. Bu kitab 100 min tirajla 22 dəfə nəşr olunub. Kitabın müəllifi olan gənc isə artıq milyonçuya çevrilib. Kitabı yazıb, onun təbliğatı ilə məşğul olub, yazdığından pul qazanmaq mümkündür.

Əsəd Cahangir: Amma əsas məsələ sadəcə pul qazanmaq yox, ədəbiyyat yaratmaqla pul qazanmaqdır. Sevinc deyir ki, dövlətin gənc yazarlara maddi dəstəyinin nəyi pisdir ki? Heç kəs demir ki, bu pisdir. Söhbət ayrılan vəsaitin daha optimal məcraya yönəldilməsindən gedir. Məsələn, Yazıçılar Birliyi hər il 20 gəncə illik təqaüd verir. Bunların arasında doğrudan da o təqaüdə layiq olanlar da var. Amma bəziləri bura sadəcə bir az yumşaq desək, siyahı doldurmaq xatirinə düşürlər. Necə fikirləşirsiniz, belələrindənsə, gələcək ədəbiyyata xidmət etmək potensialı olan 20 gəncə, tutaq ki, 5 illik təqaüd verilsə, daha səmərəli olmazdımı?

Emin Piri: Rəşad müəllim müsahibələrində həmişə deyir ki, hər il iyirmi istedad tapmaq mümkün deyil, bu, fantastik rəqəmdir.

Xəyal Rza: Prezident təqaüdçüsü olmaq çoxlarına bioqrafiyasına yazılmaq üçün lazımdır. 

Əsəd Cahangir: Sizin fikrinizcə, bu gün Azərbaycanda sözün ciddi mənasında 20 nəfərdən artıq istedadlı gənc var?

Xəyal Rza: Bu bir az ağır söhbət oldu. Belə çıxır ki, təqaüd alan gənclərin əksəriyyəti istedadsızdır?

Əsəd Cahangir: Sən məsələni çox radikallaşdırdın. Biz qabiliyyət, bacarıq istedadı qarışdırırıq. İstedad çox böyük sözdür, onu ucdantutma hamıya aid etmək olmaz. Ola bilər ki, qabiliyyət, bacarıq ən müxtəlif səbəblərdən istedad həddinə gəlib çatmasın. bu mənada nəniki 20, hətta 5 nəfər gəncin adını çəkmək üçün fikrə getməli olursan. Mən bunu demək istəyirdim.

Qılman İman: Əsassız iddialar da elə burdan başlayır. İnsan layiq olduğundan artıq qiymətləndiriləndə çaşır çaşqınlıq yaradır.

Sevinc Mürvətqızı: Gənclərimizin iddiaları ilə imkanları, ədəbi potensialları uyğun gəlmədiyinə görə problem yaşayırlar. Nobel mükafatından dəm vuranlar nəinki Nobel laureatının əsərini, heçPoçt qutusunu da axıra qədər oxumayıblar. İddia dağ boyda, potensial zərrə qədər...

Emin Piri: Əgər iddia yoxdursa, insan nəinki ədəbiyyatda, həyatda da heç edə bilməz. Şekspir yazmaq istəyən oğlundan soruşub ki, üçün yazırsan? Deyib ki, Şekspir olmaq istəyirəm. Şekspir qayıdıb ki, mən allah olmaq istədim, Şekspir oldum, sən Şekspir olmaq iddianla hara gedib çıxa bilərsən? Necə olur, NəsimiƏnəlhəqdeyə bilərdi, amma bu gün hər hansı bir gənc yazar kiçik bir şeyə iddia etsə, dərhal neqativ reaksiya ilə qarşılanmalıdır. Təbiidir ki, özümüzü Nəsimi ilə müqayisə etmirəm. Amma axı bizim iddialarımızla Nəsiminin iddiaları arasındakı fərq böyükdür. Görün bir o nəyə iddia edirdi, biz nəyə.

Əsəd Cahangir: Konkret olaraq sənin iddian nəyədir ki?

Emin Piri: (gülür) Yaxşı, mənim heç bir iddiam yoxdur... Nəsimi bir istisna idi.  Onun bizim kimi iki əli, iki gözü, bir başı yox, dörd əli, səkkiz gözü, yüz başı olub. Boğazı isə ümumən olmayıb. Yemək yeməyib. Biz postmodern dövrün gəncləri deyilik. Ona görə , Nəsimini bütləşdirməliyik. Çünki o təkrarolunmazdır.

Əsəd Cahangir: Sən indi ironiya edirsən, amma Nəsimi, doğrudan da, təkrar olunmaycaq, çünki dünyada təkrar olunan nəinki iki insan, heç iki yarpaq, iki qum dənəsi yoxdur. Eyniyyət ancaq dildə mövcud olan şərti anlayışdır. Heç sən təkrar olunmayacaqsan. Çünki hər kəs hər şey təkrarolunmazdır. Dünya təkrarolunmaz bir prosesdir. Heraklitin dediyi kimi, bir dəfə girdiyin çaya bir girə bilməzsən. Famil, sən ədəbiyyat tarixi ilə məşğulsan. Böyük ədəbiyyatın tarixi bu iddialar barədə deyir?

Famil Mədət: Bu, Şekspirlə bağlı bir rəvayətdir.  Onu düzüb qoşanlar Şekspirin timsalında istedadın özünə daxili inamından danışıblar. Bu inamı özünü mənalar aləminin şahı adlandıran Nizamidə, şeirlərini sultanların ordusundan güclü sayan Füzulidə görürük. NəsinininƏnəlhəqideyası isə, məncə, özünü Allah elan etməsi deyildi. O demək istəyirdi ki, kamil insan ilahi həqiqəti dərk səviyyəsinə qalxa bilər. Yəni o, insanın əqli-intellektual imkanlarının sonsuzluğundan, onun ilahi sferaya nüfuz etmək qabiliyyətindən danışırdı. O özünə özünün timsalında insana inanırdı. Nəhayət, bu şəxslər öz yaradıcılıqları ilə özünə inamlarını təsdiq ediblər.

Qılman İman: Bir ki özünə inam bir şey, bu inamın kobud, açıq-saçıq, tərbiyəsiz, ən başlıcası isə əsassız iddia şəklində üzə çıxması isə başqa şeydir.

Əsəd Cahangir: Bu gün bir neqativ meyl müşahidə olunur. Bəzi şair yazıçılar təqaüd məsələsi ortaya çıxandan sonra öz övladlarını süni surətdə yazar elədilər.

Emin Piri: Amma bu süni surətdə məsələsini birmənalı olaraq hamıya aid etmək olmaz. Misal üçün, mənim atam şairdir. Mən AYB üzvü olub təqaüd almışam. Amma bu, o demək deyil ki, məni atam şair eləyib.

Əsəd Cahangir: Mən bunu hamıya aid etmirəm, elə ona görə bəziləri dedim. İkincisi, övladın atadan öyrənməsi bir şey, atanın övladın əvəzindən yazması isə başqa şeydir. Ata oğulun əvəzindən qədər yaza bilər?  Yazıların arxası gəlmir. Onda həmin psevdo gənc yazar mətbuatda, fasebookda, çayxanada, harda gəldi orda ona-buna tikanlı atmacalar atmaqla  özünü gündəmdə saxlamağa çalışır. sanki bununla da yaza bilməməsinin intiqamını alır.

Famil Mədət: Əsəd müəllimin , Eminin fikirləri ilə razıyam. Amma məncə, onlar məsələyə hərəsi bir tərəfdən yanaşır. Ola bilər ki, ata övladını zorən yazıçı eləsin. Bu mənada Əsəd müəllimlə razıyam. Amma ola da bilər ki, yazıçı övladı özü doğrudan da istedadlı olsun. Bu mənada Emin haqlıdır. Ata oğul Dümaları yada salaq. Yaxud Anar müəllimin valideynləri şairdir. Konkret olaraq, özümdən danışım. Mənim atam Fərhad müəllim ədəbiyyatşünasdır. Amma bu, mənim ədəbiyyatçı olmaq arzuma qarşı fakta çevrilməməlidir. 

Əsəd Cahangir: Sən, əslində, mən deyəni təsdiq edirsən. Çünki Düma öz oğlunun əvəzindənKameliyalı qadını, Rəsul Rza Anarın əvəzindənBeşmərtəbəli evin altıncı mərtəbəsini yazıb. Yəqin ki, atan, tanınmış ədəbiyyatşünas Fərhad müəllim sənin əvəzindən Cavidə həsr etdiyin monoqrafiyanı yazmayıb. Yeri gəlmişkən, səncə, Cavid təqaüd xatirinə öz oğlu Ərtoğrulun əvəzindən yazıb onu şair elan edərdi?

Famil Mədət: Cavid romantik ideallar şairi, özünün dediyi kimi, “hüsni-xuda şairi”, bir sözlə, vicdanın etalonu idi. Ona kolxozdan, neftdən, Lenindən, Stalindən, ümumən, işıqlı sosializm quruculuğundan yazmağı tələb edirdilər, o isə deyirdi: “Yerə enməm səma şairiyəm”. Xəyalı buludları dolaşan şairin gözünə pul görünərdi? Bir ki, Ərtoğrulun buna ehtiyacı yox idi. Onun bəstəkarlıq istedadı hətta Üzeyir Hacıbəyovun da diqqətini cəlb eləmişdi. Təəssüf ki, erkən ölüm bu istedadın parlamasına imkan vermədi.  

Qılman İman: Mənim atam şair olub. Odur ki, öz payıma danışmaq istəyirəm. Hələ 2006- ildə sənədlərimi Yazıçılar Birliyinə üzv olmaq üçün vermişdim. Dörd ildən sonra – 2010-cu ildə bu təşkilata üzv oldum. Elçin Hüseynbəyli , Rəşad Məcid sağ olsunlar, bir çox gənc ədiblər kimi mənim üzvlüyə namizədliyimi məqsədəuyğun hesab etdilər. Prezident təqaüdünə düşməyim məndən xəbərsiz olub. Mən bunun üçün heç kimdən heç xahiş eləməmişəm. Atamın isə bu işlərdə ümumən rolu ola bilməzdi, çünki o hələ mənim on yaşım olanda dünyasını dəyişib. Övladını süni surətdə yazıçı, şair eləməyə gəlincə, bilərəkdən ki, övladın yerinə atası yazır, özünün istedadı yoxdur, belələrinə şərait yaratmaq olmaz. Mirzə Fətəlinin sözü olmasın, kamal ata kürkü deyil ki, irs ilə övlada yetişə.

Əsəd Cahangir: Vay ondan ki atanın oğluna verməyə sadəcə kürkü ola, amma kamalı olmaya!

Xəyal Rza: Mən məsələyə daha praktik yanaşmağın tərəfdarıyam. Misal üçün, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, yaxud digər tanınmış şairlər yaradıcılığa təzə başlayanda kim bilirdi ki, bir müddət keçəndən sonra onlar klassiklərə çevriləcəklər? Hər şeyi həll eləyən zamandı. Kiminsə atası yazır, qoy yazsın. Qiyməti verən xalqdı. İnandırım sizi, təqaüddən ötrü gələn ələnib çıxacaq, atası yazan da, atasına yazdıran da...

Elşad Ərşadoğlu: Mən Xəyalın fikri ilə razıyam ki, kim yazır qoy yazsın. Atası yazdı, özü yazdı fərqi yoxdur, əsas odur ki, nəsə yazırlar, cinayətlə, hansısa zərərli vərdişlə məşğul olmurlar. Heç kəsə qadağan eləmək olmaz ki, yazma. Ədəbiyyat hamı yerləşəsi qədər böyükdür, orda heç kəs heç kəsin yerini tutmur.

Əsəd Cahangir:  Deyl Karnegi sizin bu münasibətinizi görsəydi, yəqin ki, uzaq bir şərq ölkəsindəki həmfikirləri ilə fəxr edərdi. Mən isə praqmatik  amerikalı yox, romantik bir şərqliyəm, odur ki, sizin hər ikinizdəki praktisizm liberalizmə heyrət edirəm.

Emin Piri: Məncə, əsası ədəbiyyat naminə ortaya mətn qoymaqdır! Mənim nəyimə lazımdır ki, kim yazıb? Əgər şair oğlunun əsəri kənddən gələn hər hansı bir müəllifin yazdığından yaxşıdırsa, mən burda şair oğlunu dəstəkləyirəm. Bir Nizami , Füzuli təqaüd alıblar. Təqaüd almaqda pis var ki?

Əsəd Cahangir: Ədəbiyyat necə tarac olur-olsun, işim var! Möhtəkirlərə  möhtac olur-olsun, işim var! Bu artıq əsl makiavellizmdir. Famil, söz yenə sənindir, çünki söhbət ədəbiyyat tarixindən gedir.

Famil Mədət: Füzuliyə Sultan Süleyman ildə 9 axça təqaüd kəsmişdi, amma rüşvətxor məmurların ucbatından onu ala bilməmişdi. Nizami isə öz halal haqqının mükafatını almışdı. Heç kəs onun əvəzindən dastanlar bağlamırdı.

Qılman İman: Məncə, ortalıqda mətnin olması da atanın övladın əvəzindən yazmasına bəraət qazandırmır. Ədəbiyyat başqa şeydir, dədəbiyyat başqa şey.

(Ardı var)

 





17.03.2014    çap et  çap et