525.Az

104 yaşlı qadın ikinci dəfə virusa qalib gəldi


 

104 yaşlı qadın ikinci dəfə virusa qalib gəldi<b style="color:red"></b>

Kolumbiyada ikinci dəfə koronavirusa qalib gələn 104 yaşlı Karmen Ernandez, müalicə aldığı xəstəxanadan evə buraxılıb.


525.az xəbər verir ki,  Kolumbiyanın Tunya şəhərindən olan qadının ilk dəfə 2020-ci ilin iyun ayında koronavirusa tutulduğu və qocalar evində müalicə aldığı bildirilib. Aylar sonra ikinci dəfə virusa yoluxan Ernandenz, 21 gün xəstəxanada müalicə edilib. Müalicə prosesi sona çatan və ikinci dəfə koronavirusa qarşı qalib gələn Ernandenz həkim və tibb bacılarının alqışları ilə xəstəxanadan buraxılıb.

El Roman

 

 





13.04.2021    çap et  çap et