525.Az

Misirdə 3 min illik qədim şəhər tapıldı-Foto


 

Misirdə 3 min illik qədim şəhər tapıldı-Foto<b style="color:red"></b>

Misirdə qum altında 3 min illik tarixə malik qədim şəhər kəşf olunub. Bu, Misir fironu Tutanhamonun məzarının kəşfindən bəri ən vacib arxeoloji kəşflərdən biri kimi qiymətləndirilir.


525.az xəbər verir ki, məşhur Misirşünas Zahi Havass, Luksor yaxınlığında "itkin qızıl şəhər" in aşkar edildiyini elan edib.O, Aten olaraq bilinən şəhərin Misirin indiyə qədərki ən böyük antik şəhəri olduğunu söyləyib. Şəhərin tarixi eramızdan əvvəl 1391 - 1353-cü illərdə taxta çıxan və Misirin ən güclü fironlarından biri sayılan III Amenhotep dövrünə təsadüf edir.

Qeyd edək ki, qədim şəhərdə həyata keçirilən qazıntılar zamanı zinət əşyaları, rəngli saxsı qablar, müqəddəs həşərat növündən hazırlanmış gözmuncuqları və III Amenhotepin möhürü tapılıb.

 
 El Roman

 





13.04.2021    çap et  çap et