525.Az

Türkiyədə bir gündə 59 mindən çox insanda COVID-19 aşkarlanıb


 

Türkiyədə bir gündə 59 mindən çox insanda COVID-19 aşkarlanıb<b style="color:red"></b>

Türkiyədə son sutkada 59 187 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 3 962 760 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 273 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 34 455 nəfərdir.

Hazırda ölkə üzrə 503 572 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 2951 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 424 733 nəfər (son sutkada 52 104 nəfər) müalicə olunaraq sağalıb.

 





13.04.2021    çap et  çap et