525.Az

Ukraynada qismən səfərbərlik elan olunur


 

Ukraynada qismən səfərbərlik elan olunur<b style="color:red"></b>

Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb.

APA-nın “RBK Ukraina” saytına istinadən verdiyi məlumata görə, bunu Ali Radanın iclasında A. Turçinov özü açıqlayıb: “Krımdakı təcavüz və Ukraynaya birbaşa hərbi müdaxilə təhlükəsini nəzərə alaraq tərəfimdən qismən səfərbərlik haqqında fərman imzalanıb. Bu fərman parlamentin təsdiqindən sonra qüvvəyə minəcək”. 
 
Qeyd edək ki, Ukrayna hökuməti 2014-cü il büdcəsində silahlı qüvvələrin maliyyələşdirilməsinə ayrılan vəsaiti dəfələrlə artırmaq qərarına gəlib. Baş nazir Arseni Yasenyuk ordu üçün nəzərdə tutulan əlavə fonda 6,8 milyard qrivna köçürüləcəyini söyləyib.

 





17.03.2014    çap et  çap et