|
|
|
|
Təhsil Nazirliyinin rəsmi "Instagram" səhifəsi üzərindən "Tələbə doğru" adlı yeni layihəyə start verilir.
525.az-a verilən məlumata görə, layihə çərçivəsində hər həftə ərzində təhsil sahəsinə dair müxtəlif və maraqlı mövzulara dair canlı yayım təşkil ediləcək.
İlk canlı yayım 15 aprel saat 16:30-da baş tutacaq. Canlı yayım "Məktəb dövründə insanın psixo-emosional xüsusiyyətləri" mövzusuna həsr olunacaq.
Mövzuya dair sizi maraqlandıran sualları bu postun rəy bölməsində qeyd edə bilərsiniz.
Canlı yayımı izləməyi unutmayın!