525.Az

"Tələbə doğru" adlı yeni layihəyə start verilir


 

"Tələbə doğru" adlı yeni layihəyə start verilir<b style="color:red"></b>

Təhsil Nazirliyinin rəsmi "Instagram" səhifəsi üzərindən "Tələbə doğru" adlı yeni layihəyə start verilir.

525.az-a verilən məlumata görə, layihə çərçivəsində hər həftə ərzində təhsil sahəsinə dair müxtəlif və maraqlı mövzulara dair canlı yayım təşkil ediləcək.

İlk canlı yayım 15 aprel saat 16:30-da baş tutacaq. Canlı yayım "Məktəb dövründə insanın psixo-emosional xüsusiyyətləri" mövzusuna həsr olunacaq.

Mövzuya dair sizi maraqlandıran sualları bu postun rəy bölməsində qeyd edə bilərsiniz.

Canlı yayımı izləməyi unutmayın!

https://www.instagram.com/edugovaz/

 





14.04.2021    çap et  çap et