ABŞ-ın Aerokosmik Agentliyinin (NASA) təşkil etdiyi "Dünya Turniri" onlayn foto müsabiqəsinin finalçıları bəlli olub.
525.az xəbər verir ki, Van gölünün kosmosdan çəkilmiş fotoşəkili və "hərəkətli ulduzlar" adlı fotoşəkil yarışmanın iki finalçısı olub. NASA-nın Van gölü fotoşəkili astronavt Keyt Rubins tərəfindən Beynəlxalq Kosmik Stansiyasında növbətçi olarkən çəkilib. Fotonun çəkiliş tarixi 12 sentyabr 2016-cı il kimi qeydə alınıb.
8 mart tarixində 32 favorit fotoşəkil ilə başlayan müsabiqənin finala çıxan digər fotoşəkili, 2012-ci ildə astronavt Don Pettit tərəfindən çəkilən hərəkətli ulduzların dairəvi şəkli olub.
El Roman