525.Az

Çin yeni robot itlərini təqdim edib


 

Çin yeni robot itlərini təqdim edib <b style="color:red"></b>

Çində "Unitree" adlı bir robot firması "Alienqo" adlı yeni robot itlərini təqdim edib.
 
525.az xəbər verir ki, iki saata qədər dayanıqlı batareyaya sahib olan robot saniyədə 3 metrdən çox yol qət edə bilir. Şirkət tərəfindən edilən açıqlamaya görə, süni zəka ilə işləyən və itə bənzəyən Alienqo, idman performansı və yüksək səviyyədə qorunma proqramı ilə dizayn edilib.

 
"Çin 2020 - İstehlakçı Elektronikaları Şousu" sərgisində təqdim olunan yeni robotlar təxminən 26 kq çəkiyə malikdir. Həmçinin saatda 11 kilometr sürətlə hərəkət edə bilir.


El Roman

 





14.04.2021    çap et  çap et