525.Az

“DAVAM” Gənclər Hərəkatı Hərbi Qənimətlər Parkını ziyarət edib


 

“DAVAM” Gənclər Hərəkatı Hərbi Qənimətlər Parkını ziyarət edib<b style="color:red"></b>

Aprelin 14-də “Davam” Gənclər Hərəkatının Katibliyi və 200-dən çox davamçı gənc Hərbi Qənimətlər Parkına baş çəkərək düşməndən qənimət götürülən texnika ilə tanış olub.


525.az xəbər verir ki, gənclər açıq səma altında salınan parkda nümayiş olunan atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla yaxından tanış olaraq müxtəlif xatirə fotoları çəkdiriblər.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək qazandığımız tarixi qələbənin əsəridir. Zaman ötəcək, nəsillər dəyişəcək, hər dövrün gəncləri bu parkı ziyarət edərək Azərbaycanın şanlı tarixi olan 44 günlük Vətən müharibəsi ilə bir daha qürur duyacaqlar.

 

 

 





14.04.2021    çap et  çap et