525.Az

Gülün düşüncələri- Duyğusal


 

İstanbuldan yazır

Gülün düşüncələri- <b style="color:red">Duyğusal</b>

Fəvvarələr meydanındayam. Ətrafda çoxlu insan, skamyalar, cürbəcür fontanlar var. Mahnı oxuyan gənclərin canlı səsini dinləyirəm. Əsən sərin meh xoş təsir bağışlayır. Hərdən boylanıb bakılıların daimi görüş yeri olanMcdonaldskafesini, ard-arda sıralanmış üzüyuxarı üzüaşağı butikləri görürəm. Burda insanlar bir-biriləri ilə görüşür, shopping edir, köhnə tanışlar gəzmək bəhanəsi ilə bir-birilərini yada salır s.

Bu dəm günəşin şəfəqləri məni özünə cəlb edir. Buludların arasından çıxır, sonra yenə gizlənir. Görəsən yenə niyə kəlağayısına bürünüb? Bəlkə insanlardan qaçmaq istəyir?  Qaçsa da, özünün unudulmasına imkan verməz. Budur səmadan boylanır. Yeri elə qızdırır ki, şüaları da düz adamın gözünə düşür.  Xoş təbəssüm yaranır üzümdə, günəşə qıyğacı baxıram.

Artıq neçənci baharımdır ki, mən varam, mövcudam, ən əsası yaşayıram.  Bu neçə ildə neçə-neçə  insan gəlib keçib bu meydandan, bu küçələrdən, bu yollardan. Mən isə onları diqqətlə izləmişəm...

Birdən nəzərimdə olanları canlandırıram. Ötüb keçənləri xatırlamağa çalışıram. Əslində lap əvvələ getsək, mənim bir sirdaşım vardı. O, mənimlə tez-tez gəlib dərdləşirdi. Neçə vaxtdır ki, onu görmürəm. Deyəsən o,  müvəqqəti olaraq məmləkətindən  çıxıb gedib. Mən isə hələ burdayam, ən azından bu yaz.

Onun mənə danışdıqlarını yadıma salıram, görünür ondan çox şey öyrənmişəm.  Bir dərdi, istəyi vardı onun, hamıya kömək etmək istəyirdi. Duşünürəm ki, az da olsa o bunu  etməyi bacarırdı, ancaq  tam xoşbəxt ola bilmirdi. Çünki onun bu davranışlarına bəziləri pozitiv emosiyalar vermirdi. O isə həmişə öz-özünə suallar verirdi: görəsən, kiməsə yarıya bildim, bəlkə yox..Axı başqa etməliyəm? Daha çox millətini, vətənini düşünürdü, özündən çox. Elədikləri isə ona çox az gəlirdi. Əli açıq idi həm . Bütün bunları təkcə onlarçün yox, özüçün edirdi, vicdanının rahat olması üçün. Yeri gələndə cibindəki pullarının hamsını lazım olan adamlara paylayırdı, bəxşiş kimi. Əslində pul ona organik yaşamağa mane olurdu, təbiətin verdiyi rənglərlə, müxtəlifliklərlə kifayətlənirdi. Çiçəkləri sevirdi.

O, insanları yaxşı tanıya bilirdi. Ona görə onları kateqoriyaya bölmüşdü. Sonuncu dəfə onunla bu haqda söhbətləşmişik, əslinə qalsa söhbət birtərəfli olub. O danışıb, mənsə dinləmişəm.

Tanışım deyirdi: İnsan var ki rəngbərəng çalarlıdır, onunla qarşılaşanda  adama bahar tək xoş əhval ruhiyyə bəxş edir, gülləri çiçəkləri var özünəməxsus.  Tam fərqli başqası da var ki, sakitcə gəlir, gedir, öz özünə, susqun, lap giilavar küləyi kimi. Eləsi var  xəzan yarpağına oxşayır, əlinə almaq istəyirsən ki, ovulub tökülür, ancaq görüntü yaradır. Biri var, ki Xəzər  dənizinin qumunu xatırladır, külək hara əssə, onu da özü ilə aparır. Elələri var ki pianoya bənzəyir, dilləri hər tonda melodiya səsləndirir ...(bu vaxt Şhopeninşarp minorəsəri çalınır).

Mənsə həvəslə qulaq asıram, ən çox xoşladığım musiqilərdən biridir...

O yadıma düşür, yenə gəlsəydi, xoş söhbətləriylə müvəqqəti olsa başımı qatar, məni fikirlərimdən daşındırardı.

Elə bu vaxt fikrimi uzaqdan mənə doğru gələn qız çəkir. Axı mən kənarda, diqqət çəkməyən yerdə bitmişəm, məni necə görə bilərdi. Ona görə ki ləçəklərim rəngbərəngdi, təəssüf. Budur mənə yaxınlaşır, uzun qızılı saçları var. Mənə tərəf əyilir, ətrimi dərindən ciyərlərinə çəkir.  Deyəsən, məni qoparmaq istəyir. Son baharım olacaq, yəqin!? Yox yox mən yenə açacağam: başqa bahar, fərqli rənglərdə, heç tükənməyəcəm, varlığımla insanları müvəqqəti olsa sevindirəcəm elə indiki kimi...

Bəlkə, məni ipək saçlarına taxacaq, bəlkə arzularının çin olub-olmamasını sınayacaq ləçəklərimi sayacaq, ya elə bəlkə evdə onu gözləyən anasına hədiyyə edəcək. Bax, bu, yaxşı olardı. Axı, mən analar üçün doğulmuşam...

 





17.03.2014    çap et  çap et