525.Az

Nyu-Yorkda ən incə göydələnin tikintisi başa çatır - Foto


 

Nyu-Yorkda ən incə göydələnin tikintisi başa çatır - <b style="color:red"> Foto </b>

Nyu-Yorkda dünyada bənzərsiz olan və ən "zərif" formalara malik göydələnin inşası sona çatır.

525.az xəbər verir ki, belə bir qeyri-adi binanın müəllifi, görkəmli tikililərin yaradılması ilə məşhur olan “Bjarke Ingels Group” memarlıq şirkətidir. Hündürlüyü 435 metr olan binanın eni cəmi 18 metrdir. Göydələndə dəyəri 16 milyon dollara çatan lüks evlər, sərgi salonları, butiklər, restoranlar və ofislər nəzərdə tutulub.

Ensiz binanın dayanıqlığını təmin etmək, külək və seysmik yüklərə qarşı müqavimətini artırmaq üçün son mərtəbələrə 800 ton ağırlığında xüsusi qurğular quraşdırılıb.

 

 





15.04.2021    çap et  çap et