https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Tokio-2020 ləğv oluna bilər

Tokio-2020 ləğv oluna bilər

Tokio Yay Olimpiya Oyunlarının tamamilə ləğv edilməsi gündəmə gəlib.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Yaponiyanın hakimiyyətdə olan Liberel-demokratik partiyasının baş katibi Tosihiro Nikai açıqlayıb.

O bildirib ki, koronavirusla bağlı ölkədəki vəziyyət pisləşərsə, Olimpiya Oyunlarının ləğvi hadisələrin inkişaf variantlarından biri olacaq:

“Əgər yarışların təhlükəsiz keçirilməsi mümkünsüzdürsə, turnir ləğv olunmalıdır. Yarışın təşkili infeksiyanın yayılması ilə nəticələnəcəksə, Olimpiadanın mənası nədir? Bu mərhələdə biz qərar qəbul etməli olacağıq”.

Qeyd edək ki, ötən il keçirilməli olan Olimpiya Oyunları koronavirus səbəbindən təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.