525.Az

UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edib


 

UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edib<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, UNEC-də iqtisadiyyat, texniki və texnoloji ixtisalar üzrə bakalavr pilləsində ümumilikdə 22 ixtisasa təkrar ali təhsil üzrə ödənişli əsaslarla tələbə qəbulu aparılır. UNEC-in Zaqatala filialında isə qəbul 7 ixtisas üzrə həyata keçirilir.

Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://www.kabinet.unec.edu.az/) aparılır. Qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron olaraq təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar. Təkrar ali təhsil almaq hüququ qazanacaq şəxslər üçün vəziyyət nəzərə alınmaqla tədrisin distant formada təşkili istisna edilmir.

Sənədlərin qəbulu 2021-ci il aprel ayının 15-dən iyul ayının 1-dək aparılacaq.

Məlumatda bildirilib ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

SEVİNC

 





15.04.2021    çap et  çap et