525.Az

Davamçı gənclərin kanalı – GƏNC TV


 

Davamçı gənclərin kanalı – <b style="color:red">GƏNC TV</b>

"Davam" Gənclər Hərəkatı yeni subbrendlər yaratma yolunda daha bir addım atıb.

525.az xəbər verir ki, dünyanın ən böyük rəqəmsal video platformalarından biri olan “Youtube”da “Davam” Gənclər Hərəkatının kanalı fəaliyyətə başlayıb. Bu rəsmi “Youtube” kanalı “GƏNC TV” adı altında istifadəyə verilib.

Sözügedən kanalda “Davam” Gənclər Hərəkatının fəaliyyəti üzrə həyata keçirdiyi layihələr, tədbirlər, müxtəlif mövzularda videoçarxlar, xüsusi video müsahibələr, küçə sorğuları və gənclərin maraq dairəsinə daxil olan digər istiqamətlər üzrə müxtəlif videomateriallar öz əksini tapacaq.

 





15.04.2021    çap et  çap et