525.Az

DİN Hüseyn Dəryanın ölümü ilə bağlı məlumat yaydı


 

DİN Hüseyn Dəryanın ölümü ilə bağlı məlumat yaydı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi tanınmış reper Hüseyn Dəryanın düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.

525.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 14-də saat 23 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini  Hüseyn Muradovun idarə etdiyi “Opel” və Salyan rayon sakini Kamal Allahverdiyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.
 
Xəstəxanaya yerləşdirilmiş H.Muradov martın 15-də orada ölüb.
 





17.03.2014    çap et  çap et