525.Az

Bu gün peyvənd olunanların sayı açıqlanıb


 

Bu gün peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Bu gün Azərbaycanda 28 600 doz vaksin vurulub.

525.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 23 891 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 4709 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 271 781 doz vaksin vurulub. Bunlardan 837 304-ü birinci mərhələ, 434 487-si isə ikinci mərhələ vaksinasiyadır.

 





15.04.2021    çap et  çap et