525.Az

Prezident müharibə əlillərinin təqaüdünü artırıb


 

Prezident müharibə əlillərinin təqaüdünü artırıb<b style="color:red"></b>

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan prezidentinin 2008-ci il 9 sentyabr tarixli fərmanında dəyişiklik edilib.

525.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev imzaladığı fərmana əsasən, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilib.
 
Fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.

 





17.03.2014    çap et  çap et