525.Az

Azərbaycanlı oğlan pakistanlı tələbə yoldaşı ilə evləndi - Şəkillər


 

Azərbaycanlı oğlan pakistanlı tələbə yoldaşı ilə evləndi - <b style="color:red">Şəkillər</b>

Bakı Ali Neft Məktəbinin məzunu olan Elvin İsmayılov III kurs tələbəsi, əslən pakistanlı olan Masuma Rizvi ilə ailə həyatı qurub.

525.az Axşam.az-a istinadən xəbər verir ki, cütlüyün nikahı 5 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutub. Onların nikah şahidi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye olub.

Nikah mərasiminə cütlüyün az sayda yaxın qohumları da qatılıblar. Onların hər ikisi BANM-in Tələbə evində məskunlaşıblar.

Qeyd edək ki, nikah mərasimindən əvvəl gənclərin ailələri internet üzərindən bir-biri ilə tanış olub və onlara öz xeyir-dualarını veriblər.

 





15.04.2021    çap et  çap et