525.Az

Ali Neft Məktəbi və Xəzər Universitetinin birgə layihəsi beynəlxalq jurnalda


 

Ali Neft Məktəbi və Xəzər Universitetinin birgə layihəsi beynəlxalq jurnalda <b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi kafedrasının 5-ci kurs tələbələri İsmayıl Əliyev, Sunay Həsənov və Elnur Rəsulovun, Xəzər Universitetinin Nanotexnologiya Tədqiqat Mərkəzinin rəhbəri Dr. Rasoul Moradi və BANM-in Kimya mühəndisliyi kafedrasının müdiri Dr. Əmir Reza Vəxşurinin rəhbərliyi altında həyata keçirdikləri elmi tədqiqat işi beynəlxalq jurnalda (Elsevierin "Materials Today: Proceedings") dərc edilib.

525.az-a verilən məlumata görə, tədqiqat layihəsi çərçivəsində qrafin və qrafin oksidi əlavə edilmiş poliuretan nanokompozitlərin öyrənilməsində molekulyar dinamika metodikası tətbiq edilib: polimer molekullarının qrafin/qrafin oksid üzərində səthi interaksiyası, eləcə də qrafin/qrafin oksidin polimerin mexaniki xassələrinə təsiri tədqiq edilib.

Qeyd edək ki, "Materials Today: Proceedings" jurnalı Scopus (Elsevier) və CPCI-də (Thomson Reuters, Web of Science) indekslənir və 2019-cu ildəki CiteScore göstəricisi 1.3 olmuşdur.

 





15.04.2021    çap et  çap et