525.Az

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb


 

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb<b style="color:red"></b>

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Rusiyanın “düşmən xarakterli davranış xətti” tutmasıdır.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə nazirlikdən verilən açıqlamada deyilir.

“Rusiyanın kiberhücumlar, demokratik proseslərə müdaxilə və Ukrayna sərhədindəki hərbi gücünü gücləndirməsi, eləcə də qanunsuz şəkildə Krımın ilhaq edilməsi kimi düşmən xarakterli davranışları ilə bağlı Böyük Britaniyanın dərin narahatlığı ilə əlaqədar Rusiya səfiri Britaniya XİN-ə çağırılıb”, - deyə açıqlamada qeyd olunub.

 





15.04.2021    çap et  çap et