525.Az

Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Nikol Paşinyanla görüşüb


 

Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Nikol Paşinyanla görüşüb<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, görüş Aİ nümayəndəsinin Ermənistana səfəri çərçivəsində baş tutub.

Görüş zamanı Toivo Klaar Avropa İttifaqının Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əhəmiyyət verdiyini və müvafiq atmosferin formalaşmasına mane olan mövcud problemlərdən narahat olduğunu bildirib.

 





15.04.2021    çap et  çap et