525.Az

ABŞ hərbi qüvvələrini Əfqanıstandan geri çəkir


 

ABŞ hərbi qüvvələrini Əfqanıstandan geri çəkir<b style="color:red"></b>

Amerika Birləşmiş Ştatlarının dövlət katibi A.Blinken NATO müttəfiqləri ilə birlikdə Əfqanıstandan çəkilməyin vaxtının gəldiyini söyləyib.

525.az xəbər verir ki, Prezident Co Baydenin geri çəkilməni 11 sentyabr tarixinə qədər tamamlamağı planlaşdırdığı bildirilib. Verilən məlumata görə, Blinken Brüsseldəki İttifaq qərargahında keçirilən NATO-nun  fövqəladə iclası ərəfəsində ölkəsinin silahlı qüvvələrin evə qaytarılma vaxtının gəldiyini bildirib.


Qeyd edək ki, Blinken, ölkəsinin NATO müttəfiqləri ilə birlikdə təhlükəsiz, planlı və koordinasiyalı şəkildə geri çəkilmək üçün hərəkət etmək istədiyini deyib. O, Əfqanıstanın yenidən terrorçulara sığınacaq yeri olmaması üçün oraya getdiklərini, hədəfin reallaşdığını və indi birlikdə çəkilməyin vaxtının gəldiyini söyləyib.

Həmçinin, aprel ayının sonunda İstanbulda keçiriləcək konfransın Əfqanıstandakı sülh prosesini sürətləndirəcəyi gözlənilir.

Firuzə Əliyeva


 

 





16.04.2021    çap et  çap et