525.Az

6 ay komada qalmış şəhidin dəfn mərasimi keçirilib


 

6 ay komada qalmış şəhidin dəfn mərasimi keçirilib<b style="color:red"></b>

Vətən müharibəsində yararlanaraq, 6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli dəfn olunub.

525.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Maqsudkənd kənd sakini olan şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Ş. Hüseynli oktyabrın 20-də yaralanmışdı. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

 





16.04.2021    çap et  çap et