525.Az

Deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcək


 

Deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcək<b style="color:red"></b>

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli azlıqlar, Avropa Şurasının strateji prioritetləri, Xroniki və uzunmüddətli xəstəliyi olan şəxslərə qarşı ayrıseçkilik, Avropanın diasporlar üzrə siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

 





16.04.2021    çap et  çap et