525.Az

Türkiyəli nazirin təyyarəsində nasazlıq yarandı


 

Türkiyəli nazirin təyyarəsində nasazlıq yarandı<b style="color:red"></b>

Ankaradan Şırnaka gedən və içərisində Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin də olduğu təyyarə Malatya Erhaç Hava Limanına təcili eniş etmək məcburiyyətində qalıb.

525.az xəbər verir ki, mühərriki sıradan çıxan təyyarədə AKP Şırnak Millət vəkili Rizgin Birlik, nazir müavini Hadi Tunç, Dövlət Su İşləri Müdirliyi (DSİ) baş direktoru Kaya Yıldız və Bitki İstehsalı baş direktoru Mehmet Hasdemir də olublar.

Rizgin Birlik açıqlamasında hamının yaxşı olduğunu, hazırda Malatyada olduqlarını, lakin  Ankaraya geri dönəcəklərini və təyyarənin incələnəcəyini bildirib.

Firuzə Əliyeva

 

 





16.04.2021    çap et  çap et