525.Az

Zelenski ordunun hazır olduğunu bildirdi


 

Zelenski ordunun hazır olduğunu bildirdi<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski Donbas bölgəsindəki Ukrayna Silahlı Qüvvələrinin bütün vəziyyətlərə hazır olduqlarını söyləyib.

525.az xəbər verir ki, Zelenski bu gün Fransada prezident Emmanuel Makron ilə görüşərək, Donbasla əlaqəli kritik məsələləri müzakirə edəcək. Daha sonra Zelenski, Makron və Almaniyanın Baş naziri Angela Merkel videokonfrans vasitəsilə görüşəcəklər.

Verilən məlumata görə, Zelenski Rusiyanın bölgədəki vəziyyətlə bağlı dezinformasiya yaydığını vurğulayıb. O, vətəndaşların Donbasla əlaqədar yalnız Prezident və Silahlı Qüvvələrin rəsmi açıqlamalarını izləmələrini tövsiyə edib.

Firuzə Əliyeva

 





16.04.2021    çap et  çap et