https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

“Hər kitab bir xəzinədir” adlı sosial layihəyə start verilib

“Hər kitab bir xəzinədir” adlı sosial layihəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Hər kitab bir xəzinədir” adlı  sosial layihəyə start verilib.

525.az-a verilən məlumata görə, 23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş layihənin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir. Sosial layihədə mütaliə həyəcanı yaşamaq, mütaliəni vərdişə çevirmək istəyən məktəbli, valideyn və pedaqoji işçilər iştirak edə bilərlər.

Hər bir iştirakçı mütaliə etdiyi kitabdan bəyəndiyi hissəni oxuyaraq video görüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə “Facebook” sosial şəbəkəsində paylaşmalıdır.

Qeyd edək ki, video görüntü 1 dəqiqədən artıq olmamalı və iştirakçılar video görüntünün əvvəlində oxuduğu kitabın adını və müəllifini qeyd etməlidirlər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.