525.Az

Elşad Ərşadoğlu: “Özümü şeirdə daha yaxşı ifadə edə bilirəm” (Müsahibə)


 

Elşad Ərşadoğlu: “Özümü şeirdə daha yaxşı ifadə edə bilirəm”<b style="color:red"> (Müsahibə)</b>

 “YAZARIN ÖZÜNƏ İRONİYA BACARIĞI ÇOX YAXŞI HALDIR

Müsahibimiz gənc şair Elşad Ərşadoğludur. Elşad Ərşadoğlu 1986- ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 1993- ildən ailəsi ilə birlikdə məcburi köçkün kimi İsmayıllı rayonunun Quşencə kəndində məskunlaşıb. 2004 – ildə Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra BDU-da magistratura təhsili alıb. 2012-ci ildən Mədəniyyət Turizm Nazirliyində çalışır. Həmsöhbətimiz bədii yaradıcılıqla XX-əsrin 90- illərinin sonlarından məşğul olur. İlk şeiri 2002-ci ildəİnam Yoluqəzetində çap olunub. Həmin vaxtdan şeirləri AYB-nin mətbu orqanları olanƏdəbiyyatqəzetində, “AzərbaycanUlduzjurnallarında, eləcə ədəbiyyatyönlü digər qəzet, jurnal almanaxlarda, ədəbiyyat internet portallarında müntəzəm şəkildə nəşr olunur. 2007-ci ildəYarsan mənim ürəyimi...”, 2010-cu ildə isəKələfin ucuadlı şeirlər kitabları işıq üzü görüb. 2008-2010-cu illərdə Mədəniyyət Turizm Nazirliyi ilə Yazıçılar Birliyi tərəfindən yaradılan Gənc Ədiblər Məktəbinin məzunu olub. Prezident təqaüdçüsüdür. 2013- ildə Gənclər İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki xidmətlərinə görəİlin gəncimükafatına layiq görülüb. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2014- ildən isə Birliyin Gənclər Şurasının sədridir. Söhbətimizin mövzusu, təbii ki, ədəbiyyatdır.

Yaradıcı insanlara verilən ənənəvi sualla başlamaq istəyirəm. Ədəbiyyat sənin üçün nədir?

Ədəbiyyat mənimçün nəfəslikdir. Həyatda çətinliklərlə, haqsızlıqlarla qarşılaşanda, yaşamaqdan yorulduğum anlarda elə bilirəm ki, boğuluram, yaşamağa havam çatmır. bu zaman ədəbiyyat köməyimə gəlir, yazıram, yaza bilməyəndə isə nəsə oxuyuram. Bununla da sanki, ruhum təmiz hava alır, təzələnir, daxilən dincəlirəm. Özümdə yaşamağa yeni güc tapıram.

Bədii yaradıcılığa marağın necə vaxtdan yaranıb? Ailənizdə səndən başqa yazar var?

Şeir yazmağa 12 yaşımdan başlamışam, amma ədəbiyyata marağım lap kiçik yaşlarımdan yaranıb. bu marağı da ilk dəfə məndə yaradan rəhmətlik babam olub. Onun təhsili yox idi, sıradan bir kəndli idi, amma yaddaşı çoxlu sayda nağıl, dastan, rəvayət, bayatı sair xalq yaradıcılığı nümunələri ilə zəngin idi. Təsəvvür elə ki, “Koroğludastanının bütün qollarını bilirdi. Ağlım söz, ürəyim hiss kəsən gündən babam oinciləri mənə dəfələrlə danışıb, misra-misra yaddaşıma, ruhuma köçürüb. Beləcə, ilk dəfə ədəbiyyatı babam sevdirib mənə. Sonra isə, orta ali məktəbdə oxuduğum vaxtlar mənə dərs deyən müəllimlərim. Qaldı ki, ailədə məndən başqa yazarın olub olmamasına, kiçik qardaşım şeir yazır hərdən, bu onda pis alınmır. Hətta bəzən çap olunmaq fikrinə düşür, amma hələ ki, ədəbiyyatla ciddi şəkildə məşğul olmur.

Niyə nəsr yox, məhz poeziya? Kitablarından danışaq...

Niyə nəsr yox, məhz poeziya? Kitablarından danışaq... – Mənə elə gəlir ki, hər bir yazar özünü ədəbiyyatın hansı sahəsində, janrında tapa daha yaxşı ifadə edə bilirsə o sahədə yazmalıdır. Bu baxımdan, hesab edirəm ki, mən özümü şeirdə daha yaxşı ifadə edə bilirəm. Qaldı ki, kitablarımaYarsan mənim ürəyimiadlanan ilk kitabım 2007-ci ildə mən tələbə olarkən, gözəl şairlərimiz Musa Yaqubun ön sözü, Maarif Soltanın redaktorluğu ilə nəşr olunub. İkinci kitabımKələfin ucuisə 2010-cu ildə Bakı Dövlət Universitetində mənə dərs demiş dəyərli ziyalılarımız Vaqif Sultanlının ön sözü, Arif Əmrahoğlunun redaktorluğu ilə işıq üzü görüb.

Yaradıcılığında daha çox hansı mövzulara üstünlük verirsən?

Ən çox sevdiyim müraciət etdiyim mövzu fəlsəfi mövzudur, xüsusilə ədəbiyyatın əbədi əzəli mövzusu olan ölüm-həyat fəlsəfəsi. Sufizm hürufiliyi çox sevirəm. Bu cərəyanlarının təsiri bir çox şeirlərimdə bu ya digər dərəcədə özünü göstərir. Bəzi şerlərim isə birbaşa sufilik hürufiliklə bağlıdır. Bununla yanaşı, sevgi təbiət mövzularında da çox şeirlərim var. Lakin sevgi şeirlərimin bir çoxunu birmənalı şəkildə sevgi şeiri hesab etmək olmaz, çünki həmin şeirlərin bəziləri daha çox real insana olan məhəbbət yox, platonik eşq, ilahi sevgi haqqındadır.

Maraqlıdır, belə gənc yaşda sufi, hürufi şeirlərəklassik irsə maraq necə yaranıb?

İlk dəfə sufizmin mahiyyətini mənə başa salan sevdirən Bakı Dövlət Universitetinin filologiya fakültəsində mənə dərs demiş müəllimim Arif Əmrahoğlu olub. Arif müəllim bunu Rumi, Yunis Əmrə, Əhməd Yəsəvi kimi sufizm nəhənglərinin yaradıcılıqları əsasında edib. Digər bir müəllimin rəhmətlik Bəxtiyar Məmmədzadə isə bu sevgimin daha da alovlanmasının səbəbkarı olub. Bəxtiyar müəllim klassik ədəbiyyatın, əruzun çox gözəl bilicisi idi. Hər kəs üçün adi olan mövzularda heç kəsin görə bilmədiyi qeyri-adilikləri görə bilirdi. Ümumiyyətlə, universitetdə çox dəyərli alimlər dərs deyib mənə. Klassikaya marağım da onların sayəsində yaranıb.

Sərbəst şeirlərin daha çox hansı mövzuları əhatə edir?

Mənə doğma olan hər üç mövzudafəlsəfi, sevgi təbiət mövzularında sərbəst şeirlərim var. Ancaq bunlar qafiyəli, müəyyən bir ritmə, ahəngə tabe olan sərbəst şeirlərdir. Təəssüflər olsun ki, bu gün bir çox yazarlarsərbəst şeiradı altında sözlərin sistemsiz şəkildə yan-yana düzüldüyü söz yığınını nəzərdə tuturlar oxuculara təqdim edirlər. Əslində isə, ədəbiyyat nəzəriyyələrində deyildiyi kimi, sərbəst şeirin öz ritmi, ahəngi olmalıdır. Ən əsası isə, orada yeni fikir, poetik tapıntı olmalıdır. Yenə təəssüflər olsun ki, bir çox yazarlarımız həmin dərsliklərdən xəbərsizdilər, şeirin nəzəriyyəsini bilmirlər.

Ölümlə bağlı silsilə şeirlərin var ki, bu şerlərdə ölümə maraqlı ironik münasibət özünü göstərir. Bu da sufilikdən qaynaqlanır?

Ölüm mövzusu mənimçün həmişə maraqlı olub. Düzdür, ədəbiyyat tariximizdə ölüm mövzusuna bu ya digər dərəcədə müraciət etməyən şair tapmaq çətindir. Xüsusilə XX-əsrin 60- illərindən sonra Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Rüstəm Behrudi kimi şairlərin yaradıcılığında ölümlə bağlı şerlərin gözəl nümunələrini görmək olur. Amma mən həmişə çalışmışam ki, bu mövzuya qeyri-ənənəvi, fərqli tərəfdən yanaşım. Təəssüf ki, bəziləri olur ki, ölümlə bağlı şeirlərimi oxuyub mahiyyətinə varmadan, elə ilk baxışdan ölüm sözlərini görüb deyirlər ki, çox bədbin yazırsan, sentimentalsan sair. Əslində isə həmin şeirlərdə bədbinlikdən əsər-əlamət belə yoxdur. Ölümə, dərdə ironiya var. Məsələn,

Can alsa da canlı olmur,
Çünki o can ona qalmır.
Mən satıram deyə almır,
Pis öyrənib, müftə gəzir

misralarında daha çox ölümü qəbul etməmək, ona meydan oxumaq, ölümlə zarafat etmək, məzələnmək,

Üstümüzə dərd gələndə,
Köksümüzü qəm dələndə,
Əl hər yerdən üzüləndə,
Əlimizdən tutur ölüm

misralarında isə ölümü dərk etmək cəhdi var. Yaxud da,

Bu gecə zülmət bələnən,
Maskalanan, cilvələnən,
Qapı-qapı can dilənən,
Ölümə gülməyim gəlir.

Bu qəbildən olan şeirlərimdəki ölüm, ənənəvi kədərli ölüm deyil, gülməli ölümdür. Bu şeirlərdə sufilikdən qaynaqlanan isə ölümə ironiya yox, onu dərk etmək, anlamaq cəhdidir.

Sənin sevgi şeirlərində bir ironiya hiss olunur. Bu ilə bağlıdır?

Əvvəla, ironiya ilə bağlı onu deyim ki, ədəbiyyatımızda ironiyaya sistemli şəkildə ilk dəfə Füzulinin yaradıcılığında rast gəlinir. Bunun ən bariz nümunəsi kimi elə Füzulinin təxəllüsünü misal çəkə bilərik. Bilirik ki, füzuli sözünün mənası uzunçu, zəhlətökən deməkdir. Təsəvvür elə, nizami sözü şeir yazan, nəzm yaradan deməkdir, füzuli isə zəhlətökən. Füzulinin dövründə, hətta ondan neçə əsr sonra da heç bir şair özünə bu cür təxəllüs götürməzdi götürmədi . Füzuli yaradıcılığı ironik qatlarla zəngindir. Təəssüf ki, bunlar haqqında indi geniş danışmağa imkanımız yoxdur. Ancaq Füzulidən sonrakı şairlərin yaradıcılığında bu ironiya qabarıq şəkildə özünü göstərmir. Ayrı-ayrı şairlərdə epizodik şəkildə rast gəlinir. Məsələn, Seyran Səxavətin XX-əsrin 60- illərində yazdığı gənclik şeirlərində, xüsusən sevgi şeirlərində incə bir yumor, ironiya var. XX-əsrin 90- illərindən etibarən isə bu ironiya daha güclü sistemli şəkildə Salam Sarvanın Qulu Ağsəsin şeirlərində özünü göstərir. Müasir dövrdə isə bir çox şairlərin, xüsusilə gənclərin yaradıcılığında bu hal geniş müşahidə olunur. O cümlədən mənim, artıq qeyd etdiyim kimi həm ölümlə, kədərlə sairlə bağlı fəlsəfi şeirlərimdə, həm sevgi şeirlərimdə. İroniyaya şeirlərimdə geniş yer ayırmağımın əsas səbəbi isə odur ki, nədənsə, tərkibində, mayasında az da olsa yumor, ironiya olmayan ədəbiyyat mənimçün bir qədər yorucudur. Hətta bu sevgi şeiri olsa belə. Mənə elə gəlir ki, xüsusən, yazarın özünə ironiya bacarığı çox yaxşı haldır.

Hürufi şeirlər yazdığını dedin. Füzulini başa düşdük, amma Nəsimi yaradıcılığına vurğunluq tez-tez rast gəlinmir gənclərdə...

Füzulini sevməyimə müəllimlərim səbəb olublarsa, Nəsimini daha çox özüm sevmişəm. Nəsimi mənim ruhumun şairidir. Hələ onun şeirlərini oxuyub mənasını tam anlamadığım vaxtlarda da nəsə ruhuma qəribə bir doğmalıq hiss edirdim onlarda. Nəsimi insana müraciətlə deyir ki, əgər sən Allahı görmək istəyirsənsə, bir reyhanı götür qoxula, onun gözəl qoxusunda görəcəksən Allahı. Nəsimini oxuyandan sonra həyatdakı gözəllikləri bu gözəlliklərdə Allahı görməyə, insanları sevməyə başladım.

Adətən, ədəbiyyatda şeir nəsrə keçid rolunu oynayır. Sən necə, nəsrə keçmək haqqında düşünürsənmi?

Xeyr, hələ ki, elə bir fikrim yoxdur. Poeziya mənim ruhumu daha yaxşı ifadə edir.

Bir dəfə ədəbiyyat müzakirələrindən birində Əsəd Cahangir sənin haqqında dedi ki, bu gün gənclərin yaradıcılığında aqressiya baş alıb gedir, amma Elşad Ərşadoğlunun şeirlərində bu hiss olunmur. Bu ilə bağlıdır- aqressiv şeirlərlə çox da uzağa getməyin mümkünsüzlüyünü görməyinlə, yoxsa ümumiyyətlə xarakterinlə?

Ola bilər ki, birinci amilin rolu var, amma əsasən xarakterimlə bağlıdır. Hədsiz dərəcədə səbirli insanam bu mənim şeirlərimə sirayət edir. Həttə ifrat səbirlilik məndə bəzi hallarda biganəliyə gətirib çıxarır. Hesab edirəm ki, aqressiyadan uzaq, səbrli olmağımın əsas səbəbkarı yenə ədəbiyyatdır, oxuduqlarımın ruhuma sakitləşdirici təsiridir, eyni zamanda ruhən sufizmlə bağlı olmağımdır. Bəzən yazarlarda aqressiyanı görəndə mənə qəribə gəlir, fikirləşirəm ki, ədəbiyyatı oxuyub hiss edən adam necə belə əsəbi, aqressiv ola bilər axı. İstənilən halda əsəb, aqressiya yaxşı xüsusiyyət deyil, məncə. Ataların da misalı var ki, hirsli başda ağıl olmaz.

Bizdə stereotip kimi formalaşıb ki, şair, yazıçı cəmiyyətə nümunə olmalıdır. Bu fikrə münasibətin necədir? Səncə, bu doğru yanaşmadır?

Xeyr, razı deyiləm bu fikirlə. Məncə, heç kim heç kimə nümunə olmağa, kimdənsə nümunə götürməyə məcbur deyil. Ümumiyyətlə, bütün məsələlərdə məcburiyyətin əleyhinəyəm. Məncə, insan öz ruhunun, qəlbinin ağlının diktəsi ilə hərəkət etməlidir.

Səncə, ədəbiyyatla dolanmaq mümkündürmü? Səndə bu baxımdan vəziyyət necədir?

Xeyr, özünü sırf ədəbiyyata həsr edib yaşamaq, maddi ehtiyaclarını qarşılamaq mümkün deyil. Açığını desəm, nədənsə, maddi baxımdan ədəbiyyatla yaşamağın o qədər tərəfdarı deyiləm. Gələcəyim haqqında düşünməyə başladığım ilk vaxtlardan həmişə fikirləşmişəm ki, gələcəkdə elə bir işlə məşğul olum ki, şeirlərim dolanışıq, pul qazanmaq vasitəsinə çevrilməsin. Allahın mənə kömək, dəstək olan insanların sayəsində bu istəyimə hələ ki, nail olmuşam. Bu işdə mənə kömək olan insanlar çox olub, onların hər birinə təşəkkür edirəm onlardan Çingiz Əlioğlunun, Seyran Səxavətin, Vaqif Bəhmənlinin, Cahangir Məmmədovun, Yusif Şeyxovun adlarını xüsusi minnətdarlıqla qeyd etməyi özümə borc bilirəm.

Son sualım: növbəti kitab çıxarmaq haqqında düşünürsənmi?

Özümü nəyəsə məcbur etməyi sevmirəm, o cümlədən şeir yazmağa. Şeir yazmaq üçün ruhən poeziyaya köklənməliyəm. Ona görə çox yaza bilmirəm. Amma buna baxmayaraq, ikinci kitabdan sonra bir xeyli yazmışam. Növbəti kitabı isə sağlıq olsun, yəqin ki, yaxın gələcəkdə çap etdirərəm.

Sevinc MÜRVƏTQIZI

 





18.03.2014    çap et  çap et