525.Az

İsrail xarici turistləri qəbul etməyə hazırlaşır


 

İsrail xarici turistləri qəbul etməyə hazırlaşır <b style="color:red"></b>

Əhalisinin böyük bir hissəsini vaksinasiyadan keçirən İsrail turizm mövsümünə hazırlaşır.

525.az xəbər verir ki, İsrail 23 may tarixindən etibarən koronavirusa qarşı peyvənd olunmuş turistlərin qəbuluna başlamağı planlaşdırır. Turizm sahəsi koronavirus epidemiyası səbəbindən ağır zərbə aldığı üçün ölkənin Turizm və Səhiyyə Nazirliyi yenidən dirçəliş üçün birgə layihə hazırlayıblar.

Layihəyə əsasən, əvvəlcə məhdud sayda turist qrupu İsrailə gəlməyə başlayacaq, daha sonra fərdi sərnişinlərin girişinə də icazə veriləcək. Bütün ziyarətçilərdən İsrail təyyarəsinə minmədən əvvəl paytaxt Təl-Əvivdəki hava limanında peyvənd olunduğunu sübut edən immunoqlobin testi təqdim etmələri istəniləcək.

Qeyd edək ki, təxminən 9,3 milyon əhalisi olan İsraildə 5 milyondan çox insan koronavirusa qarşı vaksinasiya prosesindən keçib.

El Roman

 





16.04.2021    çap et  çap et