525.Az

Merkelə "AstraZeneca" peyvəndi vurulub


 

Merkelə "AstraZeneca" peyvəndi vurulub<b style="color:red"></b>

Almaniya kansleri Angela Merkel yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

525.az-ın xəbərinə görə, bu barədə Almaniya kanslerinin mətbuat katibi Steffen Seibert məlumat verib.

Almaniya kansleri "Astarzenca" peyvəndi vurdurub.

"Şadam ki, bu gün "AstraZeneca"nın ilk dozasını vurdurdum. Mən vaksinasiya kampaniyasına qoşulan və vaksin vurduran hər kəsə təşəkkür edirəm. Vaksinasiya pandemiyanın öhtəsindən gəlmək üçün çox vacibdir", Merkel bildirib.

66 yaşlı kansler peyvəndi Berlinin keçmiş Tempelhof hava limanında xüsusi quraşdırılmış "AstaZeneca"nın mərkəzində vurdurub.

Qeyd edək ki, aprelin əvvələrində Almaniyanın prezidenti də "AstraZeneca" ilə peyvənd olunub. Almaniyada bu peyvəndin 60 yaşdan aşağı şəxslərə vurulması qadağan olunub.

 





16.04.2021    çap et  çap et