525.Az

Diabet xəstələri koronavirusu daha ağır keçirir – ÜST


 

Diabet xəstələri koronavirusu daha ağır keçirir  – <b style="color:red">ÜST </b>

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros A.Qebreyesus dünyada son 40 ildə diabet xəstələrinin sayının dörd dəfə artdığını bildirib.

525.az xəbər verir ki, Baş direktor yeni növ koronavirus səbəbilə xəstəxanaya yerləşdirilən və vəziyyəti ağır olan şəxslərin çoxunun şəkərli diabet xəstəsi olduğunu bildirib. Qebreyesus, "Qlobal Diabet Konvensiyası"nın başlanmasına dair yazılı açıqlamasında bildirib ki, diabetlə əlaqədar təcili tədbirlərin görülməsi hər zamankindən daha vacibdir. Həmçinin ÜST rəhbəri son 40 ildə dünyada diabet xəstələrinin sayının dörd dəfə artdığına işarə edib.

“Diabet ölüm riskinin artmadığı yeganə yoluxucu olmayan xəstəlik növüdür. Əlavə olaraq, COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilən ciddi xəstələrin çoxunda diabet var", - deyə o bildirib.

Qeyd edək ki, ÜST yeni Qlobal Diabet Xartiyası ilə birlikdə diabetin qarşısının alınması səylərini dəstəkləməyi və insulinlə müalicəni ehtiyacı olan hər kəs üçün  təmin etməyi hədəfləyir.

El Roman 

 





16.04.2021    çap et  çap et