525.Az

Putin Krımın "dövlət müstəqilliyini" tanıyan fərmanı imzaldı


 

Putin Krımın "dövlət müstəqilliyini" tanıyan fərmanı imzaldı<b style="color:red"></b> Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Krım Respublikasının tanınması haqqında” fərman imzalayıb.
 
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti xəbər verib.
 
“Krım xalqının ümumkrım 2014-cü il, 16 mart tarixli referendumdakı iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın”, - RF prezidenti Putinin fərmanında belə deyilir.
 
Sənəddə Sevastopol şəhərinin Krım Respublikasında xüsusi statusa malik olması da bildirilir.
 
Vladimir Putin fərmanın imzalanması ilə əlaqədar olaraq, martın 18-i, saat 15:00-da  Dövlət Duması, Federasiya Şurası, RF regionlarının başçıları və vətəndaş cəmiyyəti nümayəndələri qarşısında çıxış edəcək.
 





18.03.2014    çap et  çap et