525.Az

Məktəblilər telefonlarını belə sındırdı – Foto


 

Məktəblilər telefonlarını belə sındırdı – <b style="color:red">Foto</b>

Keçdiyimiz aylarda Çində şagirdlərin məktəbdə telefon istifadə etməsinə qadağa qoyulmuşdu. Məqsəd göz sağlamlığını qorumaq, internet asılılığının qarşısını almaq və konsentrasiyanı artırmaq idi.

 
525.az xəbər verir ki, telefon qadağasını valideynlərin də müsbət qarşılayıb. İl  sonunda şagirdlərin verəcəyi imtahanla bağlı narahatlıq hissi keçirən valideynlər, uşaqların telefon səbəbindən akademik müvəffəqiyyətlərini itirəcəklərini düşünüblər.  Bundan sonra Sinyan şəhərində bir məktəb müdiri ailələrin bu narahatlıqlarına əsaslanaraq şagirdlərin telefonlarını onların özlərinə parçaladıb. Çinin sosial media platformalarında yayılan görüntülərdə məktəb direktorunun göstərişi ilə əllərinə çəkic alan uşaqlar, çox könüllü olmasalar da, telefonlarını qırırlar.

 
Yerli mediaya danışan direktor, valideynlər ilə birlikdə şagirdlərin həddindən artıq telefon istifadəsinin qarşısını almaq üçün bu üsuldan istifadə etmək qərarına gəldiklərini söyləyib.

 
El Roman

 





16.04.2021    çap et  çap et