525.Az

Rusiya 10 ABŞ diplomatını ölkədən çıxaracaq


 

Rusiya 10 ABŞ diplomatını ölkədən çıxaracaq<b style="color:red"></b>

Rusiya ABŞ-ın 10 rusiyalı dipliomatı ölkədən çıxarmasına qarşılıqlı cavabı verəcək.

525.az-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov serbiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"On diplomat bizə verilən siyahıya salınıb və xahiş olunub ki, onlar ABŞ-dan getsinlər. Biz buna qarşılıqlı cavabı verəcəyik. On ABŞ diplomatının ölkəmizi tərk etməsini təklif edəcəyik”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Moskvanın sanksiya siyahısına düşən amerikalı məmurların siyahısının bu gün dərc olunacağını da söyləyib.

 

 





16.04.2021    çap et  çap et