525.Az

Qazaxıstanın “SU30-SM” qırıcısı qəzaya uğrayıb


 

Qazaxıstanın “SU30-SM” qırıcısı qəzaya uğrayıb<b style="color:red"></b>

Qazaxıstanda təlim uçuşları zamanı SU30-SM qırıcısı eniş edərkən qəzaya uğrayıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Balxaşdakı (Karaqanda vilayəti) aviasiya mərkəzinin ərazisində baş verib: “Heyət nəfərləri katapult ediblər, hazırda həkim nəzarəti altındadırlar. Hadisə yerinə xüsusi komissiya göndərilib”.

 





16.04.2021    çap et  çap et