525.Az

Türkiyədə bir gündə 63 mindən çox insanda COVID-19 aşkarlanıb


 

Türkiyədə bir gündə 63 mindən çox insanda COVID-19 aşkarlanıb<b style="color:red"></b>

Türkiyədə son sutkada 63 082 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 289 nəfər COVID-19-dan dünyasını dəyişib.

Hazırda ölkə üzrə bu infeksiyadan ölənlərin ümumi sayı 34 734 nəfərdir, 3205  koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4150039 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 591 550 nəfəri müalicə olunaraq sağalıb.

 





16.04.2021    çap et  çap et