525.Az

Rusiya 5 Polşa diplomatını ölkədən çıxarır


 

Rusiya 5 Polşa diplomatını ölkədən çıxarır<b style="color:red"></b>

Rusiya Varşavanın hərəkətlərinə cavab olaraq, 5 Polşa  diplomatını ölkədən çıxarır.

525.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Varşavanın 3 rusiyalı diplomatın ölkədən çıxarılmasını tələb edərək, ABŞ administrasiyasının havasına necə tez oynadığına diqqət yetirdik. Öz növbəsində Rusiyadan da 5 polşalı diplomat çıxarılacaq”, deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.

Qeyd edək ki, Polşa 3 Rusiya diplomatını “persona non-qrata” elan edib. Rəsmi Varşava rusiyalı diplomatların diplomatik statusun şərtlərini pozduqlarını və Polşa Respublikasının əleyhinə tədbir keçirdiklərini əsas gətirib.

 





17.04.2021    çap et  çap et