525.Az

Çaydan süd axdığını görənlər təəccübləndi - Foto


 

Çaydan süd axdığını görənlər təəccübləndi - <b style="color:red"> Foto </b> Böyük Britaniyada süd daşıyan maşının qəza etməsi maraqlı görüntülərə səbəb olub.

525.az xəbər verir ki, Uelsin Karmartenşir bölgəsindəki qəsəbədə idarəetməsi itirilən yük maşını çaya aşıb. Bu zaman maşının içindəki litrlərlə süd çaya tökülüb. Həvəskar kameralarda əks olunan görüntülərdə çayın tamamilə ağ rəngə boyandığı görülür. Nəticədə çaydan süd axdığı düşünülən görüntü ortaya çıxıb.

Yaranan görüntünü izləmək üçün bir çox insan əraziyə axın edib.

 

El Roman  


 

 





17.04.2021    çap et  çap et