525.Az

MM Sədri beynəlxalq konfransda çıxış etdi


 

MM Sədri beynəlxalq konfransda çıxış etdi <b style="color:red"></b>

Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqa səfəri çərçivəsində “COVİD-19 pandemiyası şəraitində  qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edib.

Milli Məclisin  Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın təşəbbüsü ilə AŞPA, ATƏT PA, Aralıq dənizi Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsi ilə birlikdə təşkil olunan tədbirdə Sahibə Qafarova bildirib ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq humanitar hüququn prinsiplərini pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir.

Milli Məclisin Sədri beynəlxalq təşkilatları bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb.

 

 

 





17.04.2021    çap et  çap et