525.Az

Alban-Udi dini icması Tuğda qədim alban məbədini ziyarət edib


 

Alban-Udi dini icması Tuğda qədim alban məbədini ziyarət edib<b style="color:red"></b>

Alban-Udi xristian dini icmasının üzvləri işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.

525.az APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində dini icma üzvləri Tuğ kəndindəki qədim alban məbədini ziyarət ediblər. İcma sədri Robert Mobili və dini icma üzvləri alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edib, dualar oxuyub, ibadət edədək şamlar yandırıblar.

Hazırda dini icma üzvləri ərazidəki tarixi abidələrə baxış keçirirlər.

 





17.04.2021    çap et  çap et