525.Az

"BMT Qarabağla bağlı təklifimizə cavab verməyib"


 

"BMT Qarabağla bağlı təklifimizə cavab verməyib"<b style="color:red"></b>

"BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Zvezda" telekanalında yayımlanan filmdə bildirib.

"Noyabrda bütün bunlar baş verəndə, biz BMT-nin mina əleyhinə mərkəzinə gəlmələrini söylədik. Orada hər yer uzununa-eninə  minalanıb. Ora insanlar qayıda bilmirlər. Kimsə gəldi? Hələlik heç kəs", - deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

 

 





17.04.2021    çap et  çap et