525.Az

Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yayıb


 

Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yayıb<b style="color:red"></b>

Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilən ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan 525.az-a verilən məlumata görə, aparılan araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

 





18.04.2021    çap et  çap et