|
|
|
|
Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi başa çatıb.
525.az APA-ya istinadən xəbər verir ki, mərasimə mərhumun ölkə xaricində yaşayan qızları Nərmin və İradə Quliyeva da gəlib çata biliblər.
***
Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.
525.az APA-ya istinadən xəbər verir ki, mərasim “Təzə Pir” məscidində təşkil olunub.
Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.