525.Az

İranda Ordu Günü qeyd edilir


 

İranda Ordu Günü qeyd edilir<b style="color:red"></b>

Bu gün İranda Ordu Günü qeyd edilir.

525.az APA-ya istinadən xəbər verir ki, aprelin 18-də (29 fərvərdin) Ordu Günü ilə əlaqədar olaraq Tehranda və digər şəhərlərdə parad koronavirus pandemiyası ilə əlaqədar məhdud şəkildə və yalnız texnika, təyyarə və pilotsuz təyyarələrin nümayişi ilə keçirilib.

Ordu günü ilə əlaqədar Prezident Həsən Ruhani bəyanat yayıb. O diqqətə çatdırıb ki, İran ordusu dünyada və bölgədə həmişə terror təşkilatları ilə mübarizə aparıb. İranın güclü silahlı qüvvələrə malik olduğunu bəyan edən H. Ruhani bildirib ki, Ordu və Sepah ölkənin iqtisadi müharibəsində milli mənafeyin keşiyində durub.

 





18.04.2021    çap et  çap et