525.Az

Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır


 

Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır<b style="color:red"></b>

Rusiya 2025-ci ildən Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxacaq.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib.

Onun sözlərinə görə, Rusiya yeni milli orbital stansiya layihəsinə başlayır:

"Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır. Beynəlxalq Kosmik Stansiya ciddi köhnəlib və hökumət xarici tərəfdaşlarla əvvəlcədən bu haqda danışmağı təklif edib”.

 





18.04.2021    çap et  çap et