525.Az

Sabah AB xarici işlər nazirləri Navalnı barədə müzakirələr edəcək


 

Sabah AB xarici işlər nazirləri Navalnı barədə müzakirələr edəcək<b style="color:red"></b>

Sabah Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri Aleksey Navalnı ətrafında vəziyyəti müzakirə edəcəklər.

525.az bildirir ki, bu barədə APA Almaniyanın xarici işlər naziri Heiko Maasa istinadən məlumat yayıb.

Nazir deyib ki, Brüsseldə keçiriləcək iclasda AB xarici işlər nazirləri Navalnı ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kremlin əmindir ki, Rusiyaya qarşı sanksiya siyasəti məqsədinə çatmayacaq.

 

 





18.04.2021    çap et  çap et