525.Az

Novruz günlərində hava küləkli olacaq


 

Novruz günlərində hava küləkli olacaq<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti bəzi cənub və qərb rayonlarında yağıntılı olacaq. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcə qədər isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Küləkli hava şəraiti martın 23-dək davam edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü cənub-qərb və şimal-qərb küləklərinin tez-tez bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər
 





18.03.2014    çap et  çap et